Əsas

Nə üçün Almaniyada təhsil?

Xarici ölkədə təhsil almaq hər bir abituriyentin və ya tələbənin arzusu olduğu hamıya bəllidir. Vətəndən uzaq bir məkanda təhsil almaq təkcə bu vaxta qədər naməlum olan mədəniyyət və insanlarla ünsiyyətdə olmaq deyil, həm də ali məktəbdə tədris olunan yeni proqramla tanış olmaq deməkdir.

Yeni dərs metodları ilə tanış olmaq, tam başqa tələbə-müəllim münasibətlərini hiss etmək və görmək, müstəqil tələbə həyatından zövq almaq, digər əcnəbi ölkələrdən gələn tələbələrlə dostluq əlaqəsi yaratmaq və s. təəssüf ki hər azərbaycanlı abituriyentə və ya tələbəyə nəsib olmur.

Ali məktəblər və onlara daxil olmaq üçün vacib olan şərtlər haqqında ətraflı məlumatın olmaması, alman ali məktəb qanunlarından xəbərdarsız olmaq, dəqiq məlumat almaq üçün alman dilini lazımi səviyyədə bilməmək, işini naşı və qeyri-peşəkar şəxslərə və ya şirkətlərə həvalə etmək səbəbindən Almaniyada təhsil almaq arzunuzu yerinə yetirə bilməmisiniz?

Hal-hazırda orta məktəbi və ya bakalavr pilləsini Azərbaycanda bitirimisiniz? Təhsilinizi Almaniyada davam etdirmək istəyirsiniz, amma bu haqqda heç bir məlumatınız yoxdur? Elə isə bizim internet səhifəsinə xoş gəlmişsiniz!

*** *** ***

Azərbaycan və Almaniyada ilk dəfə olaraq alman və Azərbaycan dilləri üzrə ilk onlayn tərcümə xidmətini təqdim edirik !!!

 logo_weis